Hüquqi məlumat

Məxfilik siyasəti

Son yenilənmə: 1 iyul 2026

smartapp.az platformasında istifadəçilərin şəxsi məlumatlarının toplanması, istifadəsi və qorunmasını izah edir.

1. Ümumi müddəalar

Bu Məxfilik Siyasəti smartapp.az platformasında istifadəçilərin şəxsi məlumatlarının toplanması, istifadəsi və qorunmasını izah edir.

2. Məlumat emalının hüquqi əsası

Şəxsi məlumatlarınız Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən "Fərdi məlumatlar haqqında" qanununa (11 may 2010-cu il, №998-IIIQ) və tətbiq olunduğu hallarda GDPR tələblərinə uyğun olaraq emal edilir.

  • Müqavilə öhdəliklərinin icrası
  • Qanuni maraqlarımız (platformanın təhlükəsizliyi, inkişafı)
  • Hüquqi öhdəliklərin yerinə yetirilməsi
  • Sizin razılığınız

3. Topladığımız məlumatlar

smartapp.az xidmətlərindən istifadə edərkən aşağıdakı məlumatları toplayırıq:

  • Şəxsi identifikasiya məlumatları: Ad, soyad
  • Əlaqə məlumatları: Email ünvanı
  • Biznes məlumatları: Restoran və digər biznes detalları, vergi ödəyicisi məlumatları
  • Texniki məlumatlar: IP ünvan, brauzer növü, cihaz məlumatları
  • İstifadə statistikası: Platformadakı hərəkətləriniz və qarşılıqlı əlaqəniz

4. Məlumatların istifadə məqsədləri

Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:

  • Platforma xidmətlərinin təqdim edilməsi və idarə olunması
  • İstifadəçi dəstəyinin göstərilməsi
  • Sistemin təkmilləşdirilməsi və yeni funksiyaların inkişafı
  • Təhlükəsizliyin təmin edilməsi və fırıldaqçılığın qarşısının alınması
  • Qanuni öhdəliklərin icrası

5. Məlumatların üçüncü tərəflərlə paylaşılması

Məlumatlarınız yalnız zəruri hallarda və ciddi təhlükəsizlik qaydaları çərçivəsində üçüncü tərəflərlə paylaşıla bilər:

  • Xidmət təminatçıları (hostinq, email, analitika xidmətləri)
  • Ödəniş sistemləri (yalnız əməliyyatın icrası üçün zəruri olan məlumatlar)
  • Qanunvericilik tələb etdikdə dövlət orqanları
  • Sizin açıq razılığınız olduqda

6. Ödəniş və kart məlumatlarının təhlükəsizliyi

smartapp.az sizin bank kartı və ya ödəniş məlumatlarınızı öz serverlərində saxlamır.

Bütün ödəniş əməliyyatları sizin tərəfinizdən həyata keçirilir və ödəniş məlumatlarının təhlükəsizliyi tam olaraq sizə aiddir.

7. Cookies (Kukilər)

Saytımızın fəaliyyətini təmin etmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün kukilərdən (cookies) istifadə edirik.

Kukilərin necə istifadə edildiyi və idarə olunması barədə ətraflı məlumat üçün "Cookies Siyasəti" səhifəmizə baxa bilərsiniz.

8. Saxlanma müddəti

Məlumatlar xidmət göstərilməsi üçün zəruri olan müddətdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılır. Saxlanma müddəti bitdikdə məlumatlar təhlükəsiz şəkildə silinir və ya anonimləşdirilir.

9. İstifadəçi hüquqları

İstifadəçi olaraq aşağıdakı hüquqlara maliksiniz:

  • Məlumatlarınıza çıxış əldə etmək
  • Yanlış məlumatların düzəldilməsini tələb etmək
  • Məlumatların silinməsini tələb etmək ("Unudulma hüququ")
  • Məlumatların emalına etiraz etmək və ya məhdudlaşdırmaq
  • Məlumatların köçürülməsini tələb etmək

10. Yaş məhdudiyyəti

Xidmətlərimiz 18 yaşından aşağı şəxslər üçün nəzərdə tutulmayıb. Biz bilərəkdən 18 yaşdan aşağı şəxslərin məlumatlarını toplamırıq. Belə bir hal aşkar olunarsa, həmin məlumatlar dərhal silinir.

11. Təhlükəsizlik

smartapp.az məlumatların itirilməsi, icazəsiz istifadəsi və dəyişdirilməsinin qarşısını almaq üçün şifrələmə və mütəmadi təhlükəsizlik yoxlamaları kimi tədbirlər tətbiq edir.

12. Razılıq və Dəyişikliklər

Platformadan istifadə etməklə bu Məxfilik Siyasətini qəbul etmiş sayılırsınız. Siyasətdə ediləcək istənilən dəyişikliklər bu səhifədə dərc olunacaqdır.